Ukrayna Avstriyadan anti-dron vasitələr, yanğınsöndürən və təcili yardım maşınları istəyib
Ukrayna Avstriyadan düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə və minalardan təmizləmə üçün vasitələr, həmçinin yanğınsöndürən və təcili tibbi yardım maşınları istəyib.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avstriya Prezidenti Aleksandr van der Bellenlə keçirdiyi brifinqdə bildirib.
“Ukrayna Avstriyadan başqa nəsə ala bilərmi? Biz bu barədə cənab prezidentlə danışdıq. Qış hələ bitməyib, ona görə də enerji dəstəyinə, generatorlarla dəstəyə ehtiyacımız var”, – o deyib.
ƏLAQƏLİ
Kiyevdə kütləvi PUA hücumu: Yaşayış binası vuruldu, dağıntı və yanğın var – Kliçkonun açıqlaması
Bundan əlavə, V.Zelenski və A.Van der Bellen Ukraynaya təcili tibbi yardım maşınlarının verilməsini müzakirə ediblər.
“Bu gün biz ondan danışdıq ki, hazırda bizə sürətli sıçrayış lazımdır – işğaldan azad olunan, çatışmazlıq yaşanan rayonlara göndərmək üçün 400-500 təcili tibbi yardım maşınına ehtiyacımız var. Bu, böyük rəqəmdir və bu, tez bir zamanda həll edilməlidir”, – V.Zelenski söyləyib.
Ukrayna prezidentinin sözlərinə görə, eyni şey yanğınsöndürən maşınlara, həmçinin minalardan təmizləmə məsələsinə də aiddir.
ƏLAQƏLİ
Yaxın Şərqdə alovlanan müharibə: İran BƏƏ, Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarına kütləvi zərbələr endirdi
O xüsusilə vurğulayıb ki, hazırda Ukraynanın əhəmiyyətli ərazisi minalardan təmizlənməlidir və ukraynalılar təkcə cəbhədə deyil, həm də azad edilmiş ərazilərdə ölürlər.
Bundan əlavə, Ukrayna dövlət başçısı ölkəsinin düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün vasitələrə ehtiyac duyduğunu vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əli İbrahimovdan 7 uşaqlı ailəyə böyük dəstək
Rumıniya f-16-ları qara dənizdəki təhlükəli dronu necə zərərsizləşdirdi?