UFC prezidenti Həbib Nurməhəmmədovla bağlı qərarını açıqladı
Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC himayəsi altında çıxış etməyə davam edəcək.
Bunu təşkilatın prezidenti Deyna Uayt bəyan edib.
“O qalır. Biz bacardıq və işimizə davam edəcəyik. Həbib üzülmüşdü və özündən çıxmışdı”, – Uayt deyib.
UFC prezidenti qeyd edib ki, Nurməhəmmədovun çox emosional döyüşü olub, buna baxmayaraq, onlar münasibətlərini qoruya biliblər.
“Həbib əla oğlandır”, – təşkilat rəhbəri əlavə edib.
Uayt bildirib ki, Zubayra Tuhuqovun turnirdəki taleyi barədə hələ qərar verilməyib.
Xatırladaq ki, oktyabrın 7-də UFC 229 turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion kəmərini qoruyub. Döyüşdən sonra rusiyalı irlandiyalının məşqçisi Dillon Denisə, Tuhuqov isə Makqreqora hücum edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zaur Axundov futbolçularının həbsindən danışdı
Futbolçunun içində olduğu təyyarənin qalıqları tapıldı
Nurməhəmmədov həmkarı ilə əlbəyaxa oldu - Video
“Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlanıb
Ən dəyərli milli komandalar müəyyənləşdi: Azərbaycan neçəncidir? - SİYAHI
"Real" Ronaldonu satmasının səbəbini açıqladı
“Pula ehtiyacım yoxdur” – Ronaldo