UEFA və FIFA arasındakı gərginliyin səbəbləri nələrdir?
UEFA və FIFA arasındakı gərginliyin səbəbləri açıqlandı. Avropa Şurasının baş katibi Alen Berse, UEFA-nın FIFA bayrağı altında keçirilən turnirləri boykot etməsinin futbolun özündən deyil, təşkilatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı olduğunu vurğulayıb.
Minval.info xəbər verir ki, Berse bu məsələnin yalnız futbolla bağlı olmadığını, qaydaların kim tərəfindən yazılması, necə tətbiq olunması və dəyişdirilməsi hüququ ilə bağlı olduğunu qeyd edib. O, futbolun səhmdarlarla deyil, qaydalarla idarə olunması lazım olduğunu da əlavə edib.
Berse, son dünya çempionatının idarəetmə sistemindəki boşluqları ortaya çıxardığını bildirib. Məsələn, ABŞ Prezidenti Donald Trampın FIFA rəhbəri Canni İnfantinoya zəng etməsindən sonra ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının ləğv edilməsi bu boşluqlara misal göstərilib.
Xatırladaq ki, FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq istədiyi məlum olub. FIFA, bu layihə vasitəsilə 4.2 milyard dollar cəlb etməyi planlaşdırır. Bu təşəbbüs isə idman funksionerləri və federasiyalar tərəfindən kəskin tənqid edilib.
Ardınca UEFA, FIFA turnirlərini boykot etdiyini açıqlayıb və bu qərar təşkilatın 55 üzvü tərəfindən dəstəklənib. Eyni zamanda, bu təklif Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyası (CONCACAF) tərəfindən də rədd edilib.
Minval.info
ƏLAQƏLİ
Azərbaycanın U-18 basketbol komandası Avropa çempionatında Monteneqroya məğlub oldu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağasəlim Mircavadov: "Neftçi" və "Zirə"nin gözlənilməz məğlubiyyəti
FİFA-nın planları pozuldu: Futbol satılmır
Barselona ikinci jesti gözləyir
Qarabağ konfrans liqasında mübarizəni davam etdirəcək
Gülxanım və Fatimə üçün bürünc medal şansı
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin rəqibləri müəyyənləşdi