UEFA Superkuboku matçını qadın referi idarə edəcək
İngiltərənin “Liverpul” və “Çelsi” komandaları arasında keçiriləcək UEFA Superkuboku oyununun təyinatları açıqlanıb.
“Report” xəbər verir ki, ilk dəfə olaraq, kişilər arasında təşkil olunan avrokubok matçını qadın hakim idarə edəcək. Qarşılaşmanın referisi fransalı Stefani Frappar olacaq. İrlandiyalılar – Manuela Nikolosi ilə Mişel Onil yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Dördüncü hakim qismində isə türkiyəli Cüneyt Çakır təyinat alıb.
Qeyd edək ki, avqustun 14-də Türkiyənin İstanbul şəhərindəki “Vodafon Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Son mövsümdə “Liverpul” Çempionlar Liqasının, “Çelsi” isə finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi