UEFA “Qarabağ”ın mümkün rəqiblərini müəyyənləşdirib
“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı 5-ə enib.
Çempionlar Liqasında 2019/20 mövsümünün I təsnifat mərhələsinin sabah keçiriləcəyi püşkatma ərəfəsində UEFA komandaları qruplara bölüb.
İnterAz-ın məlumatına görə, 32 iştirakçı 3 qrupa bölünüb. Bununla da hər bir klubun mümkün rəqiblərinin sayı azalıb.
İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil qərargahındakı tədbirdə Azərbaycan çempionu “Qarabağ” ikinci qrupda yer alıb. Səpələnmişlərdən olan təmsilçimiz üçün 5 mümkün rəqib qalıb.
Bunlar “Valletta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya) və “Saburtalo” (Gürcüstan) klublarıdır.
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Bu raundun oyunları iyulun 9-10-da və 16-17-də keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
I qrup
Səpələnmişlər: “Astana” (Qazaxıstan), “Lüdoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Şkendiya” (Makedoniya), AIK (İsveç)
Səpələnməmişlər: “Suduva” (Litva), “Ferensvaroş” (Macarstan), ÇFR (Kluj, Rumıniya), “Nomme Kalyu” (Estoniya), “Ararat” (Ermənistan)
II qrup
Səpələnmişlər: “Seltik” (Şotlandiya), “Qarabağ” (Azərbaycan), “Şerif” (Moldova), “Düdelanj” (Lüksemburq), “Slovan” (Slovakiya),
Səpələnməmişlər: “Valletta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Saburtalo” (Gürcüstan)
III qrup
Səpələnmişlər: BATE (Belarus), “Maribor” (Sloveniya), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dundalk” (İrlandiya), TNS (Uels)
Səpələnməmişlər: “Pyast” (Polşa), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), ilkin mərhələnin qalibi
Qeyd edək ki, ilkin mərhələnin iyunun 25-dəki yarımfinalında “Feronikeli” (Kosovo) – “Linkoln” (Cəbəllütariq) və “Tre Penne” (San-Marino) – “Santa Koloma” (Andorra) cütləri görüşəcək. Kosovonun Priştina şəhərindəki turnirin finalı isə ayın 28-də baş tutacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Barselona” 115 milyonluq transferə hazırlaşır
Neymar karyerasının ən sərt cəzasını ala bilər
Alman azarkeşlər finalın biletlərini yoxsul azərbaycanlı uşaqlara payladılar
Ulduz futbolçu hərracda satılacaq?
Daha bir ölkədə azarkeşlərin stadiona buraxılmasına razılıq verildi
Bu gün futbolu hansı kanaldan izləyək? - CAVAB
8 ay əvvəl 9,69 milyona alınan futbolçu 100 milyona satılır