UEFA "Qarabağ"ın afrikalı futbolçusunu fərqləndirib
UEFA Konfrans Liqasında çıxış edən klubların 4 futbolçusu fərqləndirilib.
Minval.info-nun yarışın rəsmi tviter səhifəsinə istinadən məlumatına görə, onların arasında “Qarabağ”ın hücumçusu İbrahima Vadji də var.
“Bu həftəsonu sizi ən çox hansı hücumçu təsirləndirib” sualı ünvanlandığı postda 26 yaşlı hücumçu ilə yanaşı, Niderlandın AZ klubundan Yesper Karlsson, “Feyenoord”dan Brayan Linssen və Fransa “Renn”indən Marten Terye də yer alıb.
İbrahima Vadji “Qarabağ”ın “Sabah”a 5:1 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının XIII tur oyununda dubl edib. Karlsson və Linssen də seneqallı oyunçu kimi iki qol vurub, Terye isə het-trik müəllifi olub.
Qeyd edək ki, “Qarabağ” dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu – VI turunda İsveçrədə “Bazel”in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır