UEFA ötən mövsümün gəlirlərini açıqladı - “Qarabağ” nə qədər qazandı?
UEFA 2017/18 mövsümündə avrokubokların iştirakçısı olmuş klubların gəlirlərini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, ötən mövsüm ÇL-in qrupunda çıxış etmiş “Qarabağ”ın gəliri 16 milyon 819 min avro təşkil edib.
“Köhlən atlar” bu məbləğin 2 milyonunu pley-offa, 12 milyon 700 min avronu qrupa vəsiqə qazandığına görə əldə edib. Daha 1 milyon gəlir qrupdakı nəticələrə (iki heç-heçə), 1 milyon 119 min avro isə marketinq gəlirlərinə görə əldə edilib.
Ən çox isə Çempionlar Liqasının qalibi olan Madrid “Real”ı qazanıb. “Kral klubu” 88 milyon avro əldə edib. ÇL-in finalçısı olan “Liverpul” 81 milyon, “Roma” 83 milyon, “Yuventus” 80, “Bavariya” 70 milyon, “Çelsi” 65 milyon, “Mançester Siti” 63 milyon, PSJ 62 milyon, “Tottenhem” 61 milyon, “Barselona” 57 milyon, “Sevilya” 48 milyon, “Monako” 46 milyon avro, “Beşiktaş” 43 milyon avro, “Mançester Yunayted” 40 milyon, “Napoli” isə 38 milyon avro gəlir əldə edib. Avropa Liqasının qalibi “Atletiko”nun gəlirləri isə 47 milyon 857 min avro olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Real Madrid” yenə məğlub oldu
Yayda Super Liqadan xaricə transfer olunacaq 10 futbolçu - 160 milyon avro
AFFA-nın baş katibi oyun alverindən danışdı:"Bu virusun kökünü kəsəcəyik"
Ronaldonun ulduz futbolçuya çevrilməsində Roy Kinin rolu olub
1xBet-dən Çempionlar Liqasının bahar hissəsinin başlanmasına dair aksiya!
Sevgilisindən Ronaldo ilə bağlı ilginc etiraflar: "İlk dəfə titrəyirdim"
Ronaldonun “zorladığı” qadınların sayı artdı