UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib
UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə “Qarabağ” klubu haqqında paylaşım edib.
Minval.info-nun məlumatına görə, postda Ağdam təmsilçisinin son 25 görüşdə yalnız bir dəfə məğlub olduğu xatırladılıb.
Bundan əlavə, “köhlən atlar”ın həftəsonu Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah”a 5:1 hesabı ilə qalib gəldiyi bildirilib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda cari mövsüm yeganə məğlubiyyətini ölkə çempionatının VIII turunda səfərdə “Səbail”lə görüşdə alıb – 1:3.
Qeyd edək ki, “Qarabağ” noyabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu – VI turunda İsveçrədə “Bazel”in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır