Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimin işi üzrə istintaq yekunlaşıb

Sumqayıt Şəhər Məhkəməsində “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun Сinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Minval.İnfo-nun Oxu.Az-a istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Arzu Qurbanlı 2016-cı il iyunun 16-da, günorta saatlarında şəhərin “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.
Əməliyyatdan 4-5 saat sonra uşaq narkozdan ayılıb, lakin gecə saatlarında onun vəziyyəti pisləşib və dünyasını dəyişib.
A.Qurbanlının ölümünə dair keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, uşaq mexaniki asfiksiya, yəni boğulma nəticəsində keçinib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. İstintaqın gedişatında onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Prosesdə hakim məhkəmə istintaqının başa çatdığını elan edib.
Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses martın 14-nə təyin olunub.
Qeyd edək ki, əvvəlki iclaslarda İ.Qəmbərov bildirib ki, ona qarşı saxta ittihamlar irəli sürülüb və müstəntiq istintaqı qeyri-obyektiv aparıb. Zərərçəkmiş dəymiş ziyana görə təqsirləndiilən şəxsdən 100.000 manat təzminat istəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı