Üç əməliyyat, bir faciə: Estetik əməliyyatdan sonra həyatını itirən ananın hekayəsi
Üç uşaq anası olan Nərmin Zeynalova, estetik əməliyyatdan sonra həyatını itirdi. Bacısı Günay Əsgərova, bu faciəvi hadisənin ardından həkim və xəstəxana ilə bağlı ciddi ittihamlar irəli sürdü.
Minval.info xəbər verir ki, Günay Əsgərova bacısının fevralın 17-də qarın nahiyəsindəki artıq dərini və piyləri çıxarmaq məqsədilə abdominoplastika əməliyyatı keçirdiyini bildirib. Əməliyyatdan sonra xəstəxanada bir neçə gün qalan Nərmin, evə döndükdən sonra vəziyyəti pisləşib. Həkimə müraciət etsələr də, lazımi müalicə təyin edilməyib.
Əsgərova, bacısının vəziyyətinin getdikcə ağırlaşdığını və həkimin yalnız iki dərman – seftriakson antibiotik və ketonal təyin etdiyini qeyd edib. Daha sonra məlum olub ki, Nərminə üç əməliyyat icra olunub: abdominoplastika, liposaksiya və popofilinq. Bu əməliyyatlardan sonra yalnız antibiotiklə müalicə edilməsi isə vəziyyəti daha da pisləşdirib və nəticədə Nərmin evdə boğularaq vəfat edib.
Günay Əsgərova, həkimin əməliyyat zamanı xəstəyə ailəsindən xəbərsiz qan vurduğunu və bu barədə onlara məlumat verilmədiyini də bildirib. Nərminin ölüm səbəbi kimi tromb göstərilsə də, həkimin bu vəziyyətə uyğun müalicə təyin etmədiyi iddia olunur. Ailə, xəstəxanaya ödənilən 3600 manatın geri qaytarılması üçün də mübarizə aparıb.
Əsgərova, klinika rəhbərliyinin yas mərasiminə gələrək ailəyə maddi yardım təklif etdiyini, lakin bunun qəbul edilmədiyini vurğulayıb. O, həkimin və xəstəxananın məsuliyyət daşıdığını və bu məsələdə cavab verməli olduqlarını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib