Üç deputata yeni vəzifə verilir - FOTO
Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbər seçiləcək.
Minval.info modern.az-a istinadla xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik təklif edilir.
Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.
Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbərlərin seçilməsi məsələsi parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi