Tvente Qarabağı məğlub edərək mərhələni keçdi
Tvente futbol klubunun baş məşqçisi Con van den Brom, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Qarabağ üzərində qələbə qazandıqlarını açıqlayıb. O, mətbuat konfransında bildirib ki, ilk oyunda məğlub olmalarına baxmayaraq, kifayət qədər qol imkanları yaratmışdılar. “Həmin məğlubiyyətdən sonra oyuna çox yaxşı hazırlaşmışdıq. Bütün həftə ərzində rəqibi analiz etmişdik. Məhz bunun sayəsində kifayət qədər güclü rəqiblə qarşılaşacağımızı öyrənmiş olduq,” – deyə baş məşqçi vurğulayıb.
Minval.info xəbər verir ki, Con van den Brom, 1:0 hesabı ilə geri düşmələrinə baxmayaraq, komandasının oyunu daha böyük mübarizə əzmi ilə davam etdirdiyini qeyd edib. “Etdiyim dəyişikliklər nəticəsində məğlubiyyətin qarşısını ala bildik,” – deyə o əlavə edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Qarabağ – Tvente matçı 1:4 hesabı ilə başa çatıb. İlk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə qalib gələn Tvente UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib