TÜRKPA: Seçkilər beynəlxalq standartlara uyğun keçirildi
“Azərbaycan demokratik proseslərin, o cümlədən seçkilərin şəffaf keçirilməsinin tərəfdarıdır. Hesab edirəm ki, ölkə istəyinə çatıb: seçkidən əvvəl aparılan kampaniya və səsvermə qanuna uyğun şəkildə keçirildi”.
“Report” xəbər verir ki, bunu TÜRKPA-nın beynəlxalq müşahidə missiyasının rəhbəri, türkiyəli deputat İsmət Uçma deyib.
O, Azərbaycanın Ermənistanın işğalından əziyyət çəkdiyini, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu xatırladıb. Deputat məcburi köçkünlərin seçkilərdə iştirak etmələri üçün hər cür şərait yaradıldığını söyləyib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Missiya rəhbəri bildirib ki, seçki günü Şamaxı və Qobustandakı bir sıra məntəqlərdə olublar.
TÜRKPA-nın müşahidə missiyasının üzvü, qırğızıstanlı deputat Ziyəddin Jamaldinov diqqətə çatdırıb ki, çox sayda namizədin olması Azərbaycanda plüralizmin və azadlığın mövcudluğundan, cəmiyyətin demokratik proseslərə yüksək səviyyədə cəlb olunmasından xəbər verir.
“Hesab edirik ki, Milli Məclisə növbədənkənar seçkilər demokratik prinsiplərə, beynəlxalq standartlara, eləcə də Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə uyğundur”, – o vurğulayıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda