Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu
Türkmənistan ərazisindən yük maşınlarının tranzitində problem yaşayan Tacikistan alternativ marşrutlar axtarşında Azərbaycanla danışıqlara başlayıb.
Bu barədə Azadlıq Radiosunun Tacikistan redaksiyası yazır.
Fevralın əvvəlində Türkmənistan Tacikistan üçün dəmiryol və avtomobil nəqliyyatına öz ərazisindən tranzitə qadağa qoyub.
Onlarla yük maşını İran-Türkmənistan sərhədində yığılıb, Türkmənistanın dəmiryolu stansiyalarında isə 108 yük vaqonu qalıb.
Martın 19-da Tacikistan inkişaf və ticarət nazirliyi bəyan edib ki, nazir Nematullo Hikmətullozado Bakı Beynəlxalq Ticarət Dəniz Limanının baş direktoru Taleh Ziyadovla danışıqlar aparıb.
T.Ziyadov limanın faliyyəti ilə bağlı geniş məlumat verib və yüklərin Tacikistana daşınması üçün imkanlardan istifadə etməyi təklif edib.
Türkmənistan hakimiyyəti Tacikistan yüklərinin öz ərazisinə buraxmamasının səbəbini izah etmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi