28.09.2026 - 18:59
Türkiyənin KORKUT sistemi İsrail mediasının diqqət mərkəzində
Hərbi xəbər 3 baxış

Türkiyənin KORKUT sistemi İsrail mediasının diqqət mərkəzində

İsrail mətbuatı, Türkiyənin müdafiə sənayesində inkişaf etdirdiyi KORKUT 35 hava müdafiə sistemini manşetlərinə çıxarıb. “Mako” xəbər portalının məlumatına görə, sistemin real mərmilərlə test edilməsi və müxtəlif təhdidlərə qarşı effektivliyi diqqət çəkib.

Minval.info xəbər verir ki, KORKUT 35-in canlı atış nümayişi zamanı kamikadze dronları və hərəkətdə olan yer hədəflərini təsirsiz hala gətirərək özünü sübut edib. Bu nümayiş 12 ölkədən gələn beynəlxalq müdafiə nümayəndələri tərəfindən izlənilib.

Sistem, dronlar və SİHA-lardan başqa döyüş təyyarələri, helikopterlər və digər hava təhdidlərinə qarşı da istifadə edilə biləcək şəkildə dizayn edilib. İsrail mətbuatı, KORKUT 35-in hərəkətdəki hədəflərə qarşı atışlarının zirehli birliklərin və hərəkətdə olan elementlərin qorunması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

KORKUT 35, iki ədəd 35 millimetrlik top ilə təchiz olunub və dəqiqədə təxminən 1,100 mərmi atmaq qabiliyyətinə malikdir. Sistemin 4 kilometrlik effektiv məsafəsi var və istifadə etdiyi ATOM parçacıq mühimmatı ilə kiçik dronlara qarşı təsirini artırır.

ASELSAN tərəfindən inkişaf etdirilən KORKUT, həm də aşağı maliyyətli hava təhdidlərinə qarşı iqtisadi bir müdafiə həlli təqdim edir. Təkərlə təchiz edilmiş yeni versiyası 2024-cü ildə Parisdə keçirilən Eurosatory müdafiə sərgisində təqdim edilib.

Türkiyənin KORKUT sistemi, beynəlxalq bazarda da genişlənir. Çexiyanın Excalibur International şirkəti ilə strateji əməkdaşlıq çərçivəsində Avropa və qlobal bazarlara təqdim olunması planlaşdırılır. Pakistan Hava Qüvvələri də KORKUT sistemini hava müdafiə sistemləri arasında nümayiş etdirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: