Türkiyə yeni helikopterini təqdim etdi – FOTO
Türkiyədə T-625 adlı ilk milli çoxməqsədli helikopter hazırlanıb.
Oxu.Az xəbər verir ki, helikopterin prototipi Türk Havacılık ve Uzay Sanayii AŞ (TUSAŞ/TAI) tərəfindən, Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə birgə hazırlanıb.
Növbəti mərhələdə helikopterin sistemləri sınaqdan keçiriləcək və o, ilk test uçuşlarına başlayacaq.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
T-625 helikopterinin füzelyajı, ötürücü və rotor sistemi, şassi və avtopilotu TUSAŞ mühəndisləri tərəfindən hazırlanıb.
Türkiyədə çoxməqsədli ikimühərrikli helikopterin üzərində iş 2013-cü ildən aparılır.
TUSAŞ helikopterinin hazırlanmasına dair müqavilə 2013-cü ildə imzalanıb.
Helikopter təcili tibbi yardım briqadası, xilasetmə və yanğın əleyhinə əməliyyatlarda uğurla tətbiq oluna bilər.
Helikopterin heyəti iki nəfərdən ibarət olacaq. O, 12 nəfərdək sərnişini daşımaq üçün nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
