“Türkiyəyə təslim olduq, bu, qara gündür” - İsveçli deputatdan ŞOK SÖZLƏR
İsveç parlamentinin PKK/YPG terror təşkilatı tərəfdarı olan deputatı Əminə Kaxabave NATO liderlərinin Madrid zirvəsi ilə bağlı danışıb.
Teleqraf.com xəbər verir ki, Kaxabave sammit çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandumun imzalanmasına reaksiya verib və ölkəsinin xarici işlər naziri Ann Lindenı hədəfə alıb.
PKK-çı deputat üç ölkə arasında əldə edilmiş anlaşmanı İsveç üçün “kapitulyasiya aktı” kimi xarakterizə edib:
“Stokholm Ankaraya təslim oldu”.
Kaxabave İsveç hökumətinin YPG/SDQ-ni Türkiyəyə qurban verdiyini, bu tarixin onların xatirələrində “qara gün” kimi qalacağını deyib.
“Hökumətin Türkiyəyə təslim olmasını çox narahatedici durum kimi qəbul edirəm”, – deputat vurğulayıb.
Əminə Kaxabave anlaşma memorandumunu imzalayan Ann Lindanı da tənqid edib. O, parlamentdəki digər siyasi partiyalara müraciət edərək Lindanın Xarici Əlaqələr Komitəsinə çağırılmasını istəyib.
“Əks halda, Ann Lindanın xarici işlər naziri kimi vəzifəsini davam etdirməsi etimadsızlıq yarada bilər”, – Kaxabave qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu