Türkiyə və Azərbaycan “Qardaş briqada” layihəsinə başlayıb

Türkiyə və Azərbaycan arasında hərbi sahədə qarşılıqlı əlaqəni təmin etmək, təlim planlaşdırma, idarəetmə və icra prinsiplərini uyğunlaşdırmaq üçün “Qardaş Briqada” layihəsi başladılıb.
“Minval.info”un xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pinar Kara açıqlama verib.
Açıqlamada deyilir: “Türkiyə Azərbaycan Ordusuna dəstək olmaq məqsədilə Ermənistanın işğalından azad edilmiş ərazilərdə minatəmizləmə işlərini davam etdirir. Türkiyə Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla hərbi əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi və təlim fəaliyyətini dəstəkləməyə davam edir”.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birlikdə Türkiyə Silahlı Qüvvələrinin orqanı daxilində birgə təlimlər və təlim fəaliyyətləri həyata keçirilir:
“İki dövlət, bir millət” anlayışı ilə kədər və sevinc içərisində bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızın yanında bütün imkanlarımızla olmağa davam edəcəyik”, – Pinar Kara belə deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi