Türkiyə serialında Azərbaycan haqqında şok görüntü - Fotofakt
Türkiyədə çəkilən ekran işində Azərbaycanın ərazisi barədə qalmaqallı görüntü efirə verilib.
Minval.info xəbər verir ki, söhbət ölkəmiz haqda daim söhbət açılan “Savaşçı” serialından gedir. Yerli tamaşaçılar tərəfindən kifayət qədər sevilən və işğal altında olan Qarabağdan da bəhs edilən ekran işi bu dəfə kobud səhvi ilə yadda qalıb.
Belə ki, “Savaşçı”nın 49-cu seriasının bir epizodunda Azərbaycanın ərazisini əks etdirən xəritə yer alıb. Amma Naxçıvan Muxtar Respublikası xəritədən nədənsə silinib. Maraqlıdır ki, rejissor həmin xəritənin ölkəmizdə polis idarəsində divardan asılmış kimi təqdim edib.
Qeyd edək ki, bu yaxınlarda azərbaycanlı rejissor Kənan Mahmudov aktyor kimi serialda çəkilməyə başlayıb.
Məlumat üçün bildirək ki, K.Mahmudov Naxçıvanda doğulub.
Bundan əlavə, Azərbaycanlı aktyor Elvin Əhmədov da sözügedən ekran işində yenicə rol alıb.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
