Türkiyə səfiri: "Qarabağ üçün istehsal yönümlü inkişaf planları hazırlanır"
“Azərbaycanın neft məhsullarının ticarəti sahəsində ən böyük tərəfdaşı Türkiyədir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ölkəsinin Ticarət Nazirliyinin və İxracatçılar Məclisinin təşkil etdiyi onlayn görüşdə bildirib.
O həmçinin deyib ki, Qarabağdakı qələbədən sonra iki ölkə arasında münasibətlər daha da inkişaf edib: “Müdafiə və aviasiya sektorlarında əməkdaşlıqda ciddi bir artım var. Azərbaycanın yeni inkişaf strategiyası Qarabağın bərpasını, bunun hesabına qeyri-neft gəlirlərinin artırılması, iqtisadiyyatın daha da şaxələndirilməsini nəzərdə tutur. Bölgə üçün istehsal yönümlü inkişaf planları hazırlanır. Qardaş ölkənin potensialı xüsusilə “Orta Dəhliz”ə investisiya yatırılması baxımından böyük əhəmiyyət kəsb edir”.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 2,132 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi