Türkiyə Rusiyadan “Bakı qiymətinə” qaz istəyir
Türkiyənin BOTAŞ şirkəti Rusiyanın “Qazprom” şirkəti ilə üç kritik mövzu ətrafında müzakirələrə başlayıb.
Axar.az xəbər verir ki, tərəflərin gündəmində qaz qiymətləri, “al, yaxud ödə” maddəsi və müddəti başa çatan müqavilə məsələləri dayanıb.
Qazın qiyməti
İllik 50 milyard kubmetr qazdan istifadə edən Türkiyə hər 1000 kubmetri üçün 300-305 dollar ödədiyi rus qazının qiymətlərinin aşağı salınmasını, Azərbaycan qazının qiymətinə yaxın bir səviyyəyə gətirilməsini istəyir.
“Al, yaxud ödə” maddəsi
Türkiyənin qaz istehlakı iqtisadiyyatdakı durğunluqlarla bağlı azalır. İstər sənaye, istərsə də elektrik istehsalında daha az qazdan istifadə edilir. Buna görə də 2019-cu ildə Türkiyənin Moskvadan daha az qaz alması məsələsi gündəmə gəlib. BOTAŞ şirkəti Rusiyadan müqavilədə qeyd olunan həddən az həcmdə qaz alacağı üçün “al, yaxud ödə” maddəsinin tələblərinə uyğun olaraq sanksiyalarla üzləşə bilər. Şirkət almadığı qazın pulunu ödəməmək üçün “al, yaxud ödə” həddinin aşağı salınmasını istəyir.
2021-ci il müqaviləsi uzadılacaq
Rusiyadan Qərb xəttindən idxal edilən qazın 8 milyard kubr metrlik hissəsi üçün 2021-ci ildə müqavilənin müddəti başa çatacaq. BOTAŞ bu müddətin uzadılmasını istəyir. Rusiyanın da müddətin uzadılması tələbinə müsbət reaksiya verdiyi bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi