01.08.2022 - 17:03
Dünya 27 baxış

Türkiyənin təhlükəsizlik qüvvələri daha bir təhlükəli terrorçunu zərərsizləşdirib


Türkiyənin təhlükəsizlik qüvvələri daha bir uğurlu antiterror əməliyyatı keçirib.

AZƏRTAC xəbər verir ki, aparılan əməliyyat nəticəsində “Berxvedan Muş” ləqəbli təhlükəli terrorçu Armanı zərərsizləşdirilib.

PKK sıralarındakı fəaliyyətinə görə 2012-ci ildə Türkiyədə həbs olunan “Berxvedan Muş” qısa müddət sonra sərbəst buraxılıb və 2013-cü ildə yenidən PKK/YPS terror təşkilatlarının sırasına daxil olub. Bir sıra ağır terror cinayətlərində ittiham olunan “Berxvedan Muş” 2019-cu ildən başlayaraq Suriyanın Aynularab bölgəsində terror təşkilatının tunelqazma kimi qanunsuz işlərinə rəhbərlik edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: