Azərbaycanın mövcud loqistika, nəqliyyat imkanları ölkə iqtisadiyyatı üçün bu sahənin inkişafını qaçılmaz edir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşurutlarının işə salınması, 44 günlük vətən müharibəsindən sonra isə Zəngəzur dəhlizinin prioritet kimi qəbul edilməsi yükdaşıma xidmətinin keyfiyyətli, müasir və innovativ təşkilinə zəmin yaradır.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Asossasiyasından ( ABADA ) “Minval.info”-ya verilən məlumata görə, ABADA bu səhədə xidmət gösrətən daşıyıcıların hüquqlarının qorunmasını, onları beynəlxalq səviyyədə tanınan sertifikatlarla da təmin edir. Hazırda ABADA dünyanının 80-ə yaxın ölkəsində Azərbaycan üzrə tanınan tək təşkilatdır.

ABADA-nin yenilənməsi, sturukturun tam və innovativ formada formalaşdırmasına zəmin yaradır. Beynəlxalq əlaqələrin genişləndirilməsi və bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi məqsədi ilə silsilə təbdirlərə başlanılıb. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyi (UND) ilə mütəmadi fikir mübadiləsi aparılır. Son olaraq Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyi (UND) ilə idarəetmə sisteminin təkminləşdirilməsi, UND-nin keyifyyət nəzarət sisteminin üstünlükləri ilə bağlı Bakıda görüş təşkil olunub. Bu məqsədlə Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin nümayəndə heyəti Bakıya səfər edib.

-3 günlük səfər çərçivəsində yükdaşıma, loqistika sahələri üzrə UND-nin keyfiyyətə nəzarət sisteminin ABADA-da tətbiqi ilə bağlı ABADA ilə fikir mübadiləsi aparılıb.

-Konfransda Türk daşıyıcıların Azərbaycan ərazisindən birbaşa Orta Asiyaya keçidini təşkil məsələləri müzakirə olunub. Bildirilib ki, hazırda cənub istiqamətindən İrandan, şimaldan isə Rusiya və Gürcüstandan keçməklə Orta Asiyaya yükdaşımaları icra edilir. Bu işlərin birbaşa Azərbaycan üzərindən həyata keçirilməsi üçün Türkiyə nümayəndə heyəti mövcud vəziyyəti yerində araşdırıb.

-Eyni zamanda Azərbaycanlı daşıyıcıların UND vasitəsi ilə Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi barədə də danışıqlar olub.

-Azərbaycanlı daşıyıcıların, ekspeditorların, menecerlərin peşə ixtisaslarlının təkmilləşdirilməsi üçün UND-nin tədris bazasından istifadə olunması haqqında razılıq əldə edilib.

-UND ilə Türkiyə höküməti arasında koordinasiyalı işin nümunəsi əsasında Azərbaycanda da inkişafda olan kiçik və orta biznesin dövlət qurumları ilə ictimai işirakçılıq haqqında qanun müddəaları əsasında tərəfdaşlıq formasının hazırlanması və icrası ilə bağlı da fikir mübadiləsi aparılıb. NRYTN ilə ABBADA arasındakı münasibətlərin bu praktikanın tətbiqi və inteqrasiya olunması üçün təkan olduğu vurğulanıb.

Görüşdə çıxış edən ABADA İB-nin sədri Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələrin hər iki ölkə liderinin əsas hədəflərindən olduğu vurğulanıb. İB prezidenti yükdaşıma sahəsinin ölkələrimiz üçün strateji istiqamət olduğunu vurğulamaqla yanaşı, Azərbaycan və Türkiyənin beynəlxalq tranzit potensialının təkcə region üçün deyil, Avropa və Asiya üçün də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. ABADA-nın yeni strateji planından bəhs edən İB-nin prezidenti, müassir xidmətin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. Bu məqsədlə bir çox ölkələrin praktikaları öyrənilib. Son olaraq UND-nin keyfiyyətə nəzarət, təminat sistemləri, idarəetmə sturukturu uyğun və məqbul seçilib. ABADA Prezidenti Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin praktikasının əsas götürülərək ABADA üçün yeni idarəetmə konsepsiyayası hazırlanacağını qeyd edib.

Görüşdə çıxış edən UND-nin icra aparatının rəhbəri Alper Özel uzun illərə dayanan tərəfdaşlığa və dəstəyə görə ABADA-ya və onun rəhbərliyinə təşəkkür edib. Azərbaycanın Türkiyənin Şərqə açılan qapısı olduğunu qeyd edən UND rəsmisi, Azərbaycan üzərindən daşınan yüklərin Türkiyənin iqtisadi potensialında mühüm rol oynadığını bildirib. A.Özəl bir çox texniki və birokratik məsələlərin həllində ABADA-nın onlara verdiyi dəstəyə, yardıma görə təşəkkür edib.

UND rəsmisi, quru nəqliyyatla yükdaşıma sektorunun gələcəyin əsas iqtisadi vasitələrindən olduğunu nəzərə alınmaq, Azərbaycanda bu sahənin müassir və beynəlxalq səviyyədə idarəetmə sturukturun formalaşdırılması üçün hər zaman dəstək və yardıma hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, UND nümayəndə heyətinin Azərbaycana səfər proqramı çərçivəsində Rusiya Federasiyası ilə sərhəd, gömrük keçid məntəqəsinə ziyarəti də planlaşdırılır.