Türkiyənin məşhurları 'ahbap'a milyonlarla dəstək: İanələr necə xərclənir?
Türkiyədə Haluk Levent tərəfindən yaradılan ‘Ahbap’ dərnəyinə ianə edən məşhurların adları açıqlanıb. Bu barədə aparılan araşdırmada tanınmış simaların dərnəyə dəstək verdiyi məlum olub.
Minval.info xəbər verir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində hazırlanan Maliyyə Cinayətləri Araşdırma Şurası (MASAK) hesabatına əsasən, Tarkan, Sibel Can, Ebru Gündeş, Ajda Pekkan, Tolga Çevik, Kıvanç Tatlıtuğ, Can Yaman və digər məşhurlar müxtəlif məbləğlərdə ianələr ediblər.
Hesabatda qeyd olunur ki, ianələrin böyük hissəsi 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələdən sonra yardım məqsədilə köçürülüb. Araşdırma ianə edən şəxslərin deyil, toplanan vəsaitlərin necə xərcləndiyini araşdırır. Prokurorluq, ianələrin məqsədə uyğun istifadə olunub-olunmadığını yoxlayır.
Rəsmi mənbələrdən bildirilib ki, hazırda ianə edən məşhurlarla bağlı hər hansı qanun pozuntusunu təsdiqləyən sübut yoxdur. Araşdırma davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı