Türkiyə lirəsinin məzənnəsi artıb
Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsi ötən gün 18,4 TL/USD-dək rekord həddə azaldıqdan sonra bu gün kəskin artaraq 11,1 TL/USD-yə çatıb.
Minval.info xəbər verir ki, dekabrın 16-da Türkiyə Mərkəz Bankı faiz dərəcəsini 15-dən 14-dək azaltmaq qərarını verməsi lirə məzənnəsinin kəskin azalmasına gətirib çıxarmışdı. Lakin dünən Nazirlər Kabinetinin məzənnə məsələsinə həsr olunmuş iclasında Prezident Rəcəb Tayib Ərdoğan bildirib ki, hökumət ixracatçılara Mərkəz Bankı üzərindən forvard məzənnə təqdim edəcək, özəl təqaüd fondlarına köçürmələri artıracaq, şirkətlərin dividendlərindən alınan vergiləri azaldacaq, lirə əmanətlərini təşviq edəcək.
Dünənki hərracın sonunda 13,21 TL/USD təşkil edən lirənin məzənnəsi bu gün Bakı vaxtı ilə saat 10.30-a olan vəziyyətə görə, 11,67 TL/USD səviyyəsində olsa da, arada 11,15-dək bahalaşıb.
Xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə lirəsinin məzənnəsi 7,4 TL/USD olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti 107 dolları keçdi!
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir