27.05.2021 - 13:39
Siyasət 2 baxış

Türkiyəli nazir İlham Əliyevə: "Min ildən sonra da Sizin adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək"

“Qarabağ Zəfərinin – tarixə yazılan bu Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Ziya Selçuk mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Min ildən sonra da Sizin adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar Sizin adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər, İnşallah. Bu, küçələrə çıxan bütün Türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik” – deyə türkiyəli nazir bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: