Türkiyədə turist mövsümünün başlanması koronavirusa görə təxirə salına bilər
Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün otellərə turizm mövsümünə martda deyil, aprelin sonlarında başlamağı təklif edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Mədəniyyət və Turizm Naziri Mehmet Ersoy deyib.
Daha əvvəl Türkiyənin səhiyyə naziri Fahrettin Koca, bu ölkədə koronavirusa yoluxmanın ilk halın olduğunu bildirib.
“Biz hesab edirik ki, keçən illə müqayisədə ölkəmizə gələn turist axınını azaltmaq yaranmış şəraitdə düzgün qərardır. Otellərdə mövsüm mart ayında deyil, aprel ayının sonunda açılmalıdır. Bir həftə ərzində bu sahədə məhdudiyyətlər ilə bağlı qaçılmaz itkilərlə əlaqədar turbiznesə dəstək tədbirləri elan edəcəyik”, – M.Ersoy bildirib.
O əlavə edib ki, nazirlik mədəniyyət və turizm sahəsində tədbirləri may ayına keçirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək