Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək - Türkiyə PA

Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək və hər zaman qardaş Azərbaycanın yanında olmağa davam edəcək.
Minval.info-nun məlumatına görə, bunu TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.
PA – dan qeyd olunub ki, eyni zamanda Azərbaycan da Türkiyəyə ən çətin günlərində dəstək olub.
“Azərbaycan-Türkiyə münasibətləri sadəcə bu iki ölkənin rifahına deyil, eyni zamanda bütün bölgənin rifahına xidmət edir”- deyə PA-dan bildiriblər.
Qeyd olunub ki, iki qardaş dövlət arasında bütün sahələrdə əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək.
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 103-cü il dönümünə münasibət bildirən Türkiyə PA-sından bildirilib ki, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi şanlı zəfər tariximizin bir hissəsi olub və bu zəfər hər zaman yaddaşlarda qalacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi