Türkiyə ABŞ-a MÜHÜM MESAJ verdi - Mümkün deyil!
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ankarada ABŞ dövlət katibi Antoni Blinkenlə mətbuat konfransı keçirib.
Musavat.com xəbər verir ki, görüşdən əvvəl Blinken ölkəsinin Türkiyə və Suriyadakı zəlzələ fəlakəti üçün əlavə 100 milyon dollar yardım edəcəyini açıqlayıb. ABŞ-ın açıqladığı dəstəyin ümumi məbləği 185 milyon dollara çatıb.
Çavuşoğlu görüşdə ABŞ-ın Suriyadakı öhdəliklərini xatırladıb, İŞİD-ə qarşı PKK/YPG kimi terror təşkilatı ilə əməkdaşlıq etməyin düzgün olmadığını bildirib.
Türkiyəli nazir ABŞ-dan F-16-ların şərtlərlə alınmasının mümkün olmadığını da bildirib.
Blinken Bayden administrasiyasının F-16-ların modernləşdirilməsi və satışında Türkiyəyə güclü dəstək verdiyini ifadə edib: “NATO müttəfiqi və dost ölkə olaraq milli maraqlarımız və dövlətlərin maraqları baxımından Türkiyənin ən yüksək səviyyədə fəaliyyət göstərməsini hədəfləyirik”.
Çavuşoğlu bildirib ki, Türkiyənin F-35 proqramından çıxarılması birtərəfli qərar idi.
“Ona görə də 1,4 milyard dollarlıq bir məbləğ ödədik. Türkiyə bu proqramda olmadığı üçün ödədiyimiz pulun geri qaytarılmasını gözləmək bizim ən təbii haqqımızdır”.
Blinken ABŞ-ın terror təşkilatı YPG/PKK-ya dəstəyi ilə bağlı məsələyə belə münasibət bildirib: “Türkiyənin cənub sərhədi ilə bağlı təhlükəsizlik narahatlıqlarını anlayırıq”.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lvovda raket zərbələri endirildi
Şimali Koreya prezidenti dəhşətli silahını ortaya çıxardı
Tramp İranla olan nüvə sazişindən çıxacağını bildirib
“Bütün Gürcüstanı işğal etmək lazım idi” - Jirinovski
Analoqu olmayan silah: meteoritləri də vura bilər - FOTO
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək