Türkiyə 100 mindən çox suriyalı qaçqını Avropaya buraxıb
100 mindən çox qaçqın sərhədlərin onların üzünə açıq elan olunması barədə rəsmi Ankaranın verdiyi qərardan sonra Türkiyə-Avropa Birliyi sərhədini keçib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.
“Yerli vaxtla saat 19:40-a (Bakı vaxtı ilə 20:40) olan məlumata görə, Ədirnə vasitəsilə ölkəmizi tərk edən qaçqınların sayı 100 577 nəfərdir”, – deyə S.Soylu özünün “Twitter” səhifəsində yazıb.
O bundan əvvəl 76 mindən çox qaçıqının Türkiyəni tərk etdiyini yazmışdı.
“Reuters”in cümə günü yazdığına görə, Ankara dəniz və ya quru yolu ilə Avropaya keçmək istəyən suriyalı qaçqınların qarşısını almayacağı barədə qərar qəbul edib. Türkiyə polisinə, sahil mühafizəçilərinə və sərhəd buraxılış məntəqələrinə Suriyadan Avropaya qaçqın axınına mane olmamaq barədə göstəriş verilib. Bu qərar Suriyanın İdlib əyalətində cümə axşamından cümə gününə keçən gecə 36 türk əsgərinin ölümü ilə nəticələnən hava hücumunun ardından verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə bayrağını təhqir edən aktyorla bağlı cinayət işi açıldı
İraqda “səddamlı” etirazların arxasındakı gerçək
İsrail İranın İraqdakı hərbi bazalarını da vurmağa hazırdır
Deputatlar canlı yayımda yumruq davasına çıxdılar - VİDEO
"Sus, danışma!" - Polis çimərlikdə gənc ananı yumruqladı (Video)
İsrail Suriyaya raket zərbələri endirib