Turizmin inkişafı üçün daha hansı addımlar atılmalıdır? – ekspert şərhi - AUDİO

Azər Allahverənov deyir ki, Azərbaycanda turizm üçün infrastruktur qurulduqdan sonra inkişaf etməyə başladı
“Son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artıb. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox – 2 milyon 850 min turist gəlib. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləyiblər. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik.az-a deyir ki, müvafiq icra qurumları qiymət siyasətinə nəzarət edərsə, daxili turizminin sürətlə inkişaf etməsinin şahidi ola bilərik: “Azərbaycanda turizm üçün infrastruktur qurulduqdan sonra inkişaf etməyə başladı. Xüsusəndə, Azərbaycanda qış turizmi getdikcə populyarlaşır. Ancaq qış turizmi obyektlərində müəyyən narahat edən məqamlar da qalmaqdadır”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!