18.09.2026 - 14:48
Lent 18 baxış

Turisti təəccübləndirən musiqi haqqı: 7 avro!

Venesiyanın məşhur San-Marko meydanında yerləşən bir kafedə oturan turist, hesabı görəndə təəccüblənib. Hesabda musiqi üçün əlavə 7 avro tələb edilməsi turistin diqqətini çəkib.

Minval.info xəbər verir ki, turist tarixi kafelərdən birində oturarkən, hesabı tələb etdikdə, canlı musiqi ifasına görə əlavə ödənişin olduğunu görüb. Hesabda iki kruassan üçün 31 avro, iki “Aperol Spritz” üçün 34 avro və musiqi üçün 7 avro göstərilib.

Turist, San-Marko meydanında yerləşən məşhur kafedə oturmağın baha olacağını əvvəlcədən bildiyini, lakin musiqi üçün ayrıca ödənişin onu təəccübləndirdiyini bildirib. Venesiyada restoran və kafelərin hesablarına bu cür əlavə ödənişlərin daxil edilməsi ilə bağlı hallar daha əvvəl də gündəmə gəlib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: