Turanda hektarlarla biçilməmiş taxıl sahəsi yandı

Şəkidə taxıl sahələrində yanğın olub, 8 hektar biçilməmiş taxıl sahəsi yanıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saat 15:45 radələrində rayonun Turan qəsəbəsinin inzibati ərazisində, 17 radələrində isə rayonun Cəyirli kəndinin inzibati ərazisində taxıl sahələrində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
FHN-nin Şəki rayon DYMH-dən APA-ya bildirilib ki, Turan qəsəbəsində baş verən yanğın nəticəsində 8 hektar biçilməmiş taxıl, 250 hektar biçilmiş taxıl və 0,3 hektar ərazidə isə üzüm tənəkləri yanıb. Çəyirli kəndində isə 7 hektar biçilmiş taxıl sahəsi yanıb. Hər iki yanğın baş verən ərazilərdə yanğının daha da genişlənərək biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO