Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət etdi
Xalq artisti Tünzalə Ağayeva xalq şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun ev-muzeyini ziyarət edib.
Minval.info xəbər verir ki, pop ulduz bununla bağlı şəxsi “İnstagram” hesabında video paylaşıb. O, yayımladığı videoya belə bir şərh yazıb: “Sənətinin sənətkarı, dahilərin mühitində seçilən sənətkar olmaq bir xoşbəxtlikdir. Səməd Vurğunun, Xavər xanımla yaşadıqları evdə olmaq, Üzeyir Hacıbəylinin, Qara Qarayevin , Fikrət Əmirovun , Arif Məlikovun , Süleyman Ələsgərovun, Səid Rüstəmovun, Yusif Səmədoğlunun ifa etdiyi pianoda oxumaq, hə, bir də Böyük Səməd Vurğunun nəticəsi dəyərli pianoçu Vurğun Vəkilovun müşayətində oxumaq tam başqa bir seçilməkdir. Şəxsimə, sənətimə olan etibar və dəyərdir. Allahın sonsuz lütfünə həmd olsun. Böyük azərbaycanlılar sizə uşaqlığımdan vurğunam, musiqi mədəniyyətimin, ana dilimin, ədəbiyyatımın dahiləri, ruhunuz şad olsun”.
Sözügedən paylaşım böyük maraqla qarşılanılıb.
Посмотреть эту публикацию в Instagram
ƏLAQƏLİ
Bunu da oxuQarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
05.10.2026 - 15:59
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər