“Trendyol” barədə araşdırma BAŞLADILDI
Türkiyədə “Trendyol” və “Dolap” şirkətlərinin sahibinə qarşı araşdırma başladılıb.
Türkiyə Rəqabət Qurumu istisna tətbiq etdiyinə görə “DSM Grup Danışmanlık İletişim və Satış Ticarəti”nə qarşı araşdırma başladıb.
“Dolap” həmçinin istehlakçı məlumatlarını paylaşmaqda, DOLAP xidmətində satıcılar tərəfindən istifadə edilən məlumatların rəqib platformalara ötürülməsinin qarşısını alaraq ikinci əl məhsulların onlayn satışına vasitəçilik edən platforma xidmətləri bazarında ayri-seçkilik tətbiq etdiyinə görə mühakimə edilir.
İlkin araşdırma zamanı alqoritmlər və informasiya sistemlərindəki məlumatların yerində araşdırılması nəticəsində “Trendyol”un 3-cü tərəf satıcılarının satışında vasitəçilik edib, həmçinin “TrendyolMilla”, “TrendyolMan” və “TrendyolKids” kimi öz brendlərinin satıcısı olduğu eyni platforma üzərindən öz məhsullarına haqsız üstünlük təmin edəcək şəkildə siyahı alqoritminə müdaxilə etdiyi müəyyənləşib.
O, bazar fəaliyyəti çərçivəsində əldə etdiyi məlumatlardan öz markalarının marketinq strategiyasının yaradılmasında istifadə edib və alqoritmə edilən müdaxilələrlə bazarda satış edən satıcıları ayrı-seçkiliyə məruz qoyub.
Mənbə: TRT Haber
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
Medvedyev: Litva dünya xəritəsindən silinə bilər
ABŞ İranla gərginlik fonunda əməliyyata hazırlaşır
Şimali Koreya Yapon dənizinə raketlər buraxdı
Qəzza mövzusunda film Venesiyada rekord qırdı
Centcom rəhbəri Səudiyyədə təcili məsləhətləşmələr aparır
Britaniya: Rusiyanın itkiləri 1,5 milyona çatdı