01.09.2026 - 11:20
Ölkə 22 baxış

Trend agentliyi 31-ci ildönümünü qeyd edir

Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin yaranmasının 31-ci ildönümü qeyd olunur. 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayan agentlik, 2010-cu ildə Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. Trend, 2006-2007-ci illərdə Azərbaycanda ‘KİV sahəsində ən yaxşı şirkət’ seçilib və 2008-ci ildə ‘İlin eksklüziv informasiya agentliyi’ nominasiyasında ‘Brand Award Azerbaijan’ milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası tərəfindən 2008-ci ildə ‘Avrasiyada daha dinamik inkişaf edən resurs’ olaraq tanınıb.

Minval.info xəbər verir ki, Trend, Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malikdir. Agentlik Azərbaycan dili də daxil olmaqla ümumilikdə beş dildə xəbərlər istehsal edir. Trend-in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri yer alır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: