Tramp: “Peyvənd uğurlu olsa, iyul və ya avqusta qədər koronavirusun qarşısını ala bilərik”
“Koronavirusun yayılmasının qarşısının alınmasında hamımızın kritik rolu var”.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə koronavirusla mübarizəyə həsr olunmuş mətbuat konfransında deyib.
ABŞ Prezidenti ölkə vətəndaşlarını bar, kafe və restoranlara getməməyə, habelə zərurət yaranmadığı halda səyahət etməməyə çağırıb.
D. Tramp qeyd edib ki, artıq koronavirusa qarşı peyvənd sınaqdan keçirilib.
“Bu, tarixdə ən sürətlə hazırlanan peyvəndlərdən biridir. Yaxşı iş görə bilsək, mütəxəssislər iyul və ya avqusta qədər koronavirusun yayılmasının qarşısını ala biləcəyimizi deyir. Nələrin baş verəcəyini görəcəyik. Bəlkə də uzun müddət davam edəcək”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək