Tramp öz kəşfiyyatına yox, Putinə inanır
ABŞ prezidenti Donald Tramp KXDR-də (Şimali Koreya) ABŞ ərazilərini vurmağa qadir olan raketlərin olması ilə bağlı ölkə kəşfiyyatının təqdim etdiyi hesabata inanmır.
Bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsini icra edən Endrü Makkeyb CBS telekanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, rusiyalı həmkarı Vladimir Putin Trampı Şimali Koreyada, əslində, heç bir uzaqmənzilli raketin olmadığına inandırıb.
“Kəşfiyyat əməkdaşları brifinqdə bildirdilər ki, bu, heç bir kəşfiyyat hesabatının məlumatlarına uyğun gəlmir, prezident isə buna cavabında qeyd etdi: “Vecimə də deyil, mən Putinə inanıram”, – deyə Makkeyb bildirib.
FTB rəhbəri onu da əlavə edib ki, Trampın vəziyyətin, əslində, nə yerdə olduğunu öyrənmək istəməməsi administrasiya üzvlərini məəttəl qoyur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəbrayıl şəhərinin azad olunmasından bir il ötür
Yeni nazir daha bir xanıma yüksək vəzifə verdi
Bu ay havanın temperaturu 40 dərəcəyədək yüksələcək
Deputat: "Bu söyüşlərin bir axırı olmalıydı..."
Nazir: "Çində 500 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır"
Sinoptiklərdə müjdə - Hava proqnozu
