Traktorların qeydiyyatında yeni qaydalar tətbiq olunur
Azərbaycanda traktor və digər aqrar texnikaların qeydiyyatı qaydası dəyişdirilib. Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən yeni təlimata əsasən, traktorların və meşə, kənd təsərrüfatında istifadə edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və uçotu ilə bağlı prosedurlar yenilənib.
Minval.info xəbər verir ki, bu dəyişikliklər çərçivəsində nazir Məcnun Məmmədov tərəfindən imzalanan qərara əsasən, nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və ya himayəçinin məlumatları göstərilməlidir. Belə nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılması üçün isə müvafiq orqanların icazəsi tələb olunur.
Qeyd edək ki, bu qərar, həmçinin, valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyat məsələlərini də əhatə edir və bu hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və ya uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların qərarları əsas götürüləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib