03.09.2026 - 22:33
İqtisadiyyat 110 baxış

Trablusda neft çənlərinə PUA hücumu: Xəsarət yoxdur

Liviyanın paytaxtı Trablusda yerləşən neft çənlərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edilib. Hadisə hava limanı yolu üzərində baş verib və Brega Neft Marketinq Şirkətinin məlumatına görə, bu hücum nəticəsində xəsarət alan olmayıb. Hücum zamanı bəzi neft boruları, eləcə də 220 və 213 nömrəli neft çənləri zədələnib.

Minval.info xəbər verir ki, şirkət rəsmiləri hadisənin yanacaq təchizatı və paylama prosesinə təsir etmədiyini bildiriblər. Hazırda texniki qruplar ərazidə dəymiş ziyanın miqyasını müəyyənləşdirmək üçün iş aparırlar. Qeyd edək ki, avqust ayında Trablusun qərbində yerləşən Zaviya şəhərində də neft obyektlərinə kamikadze PUA-larla hücum edilmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: