Toyuq dönərinin satışı ilə bağlı agentlikdən rəsmi reaksiya
“Baytarlıq və sanitar-gigiyena qaydaları çərçivəsində hazırlanan toyuq mənşəli qidaların satışına və istehlakına hər hansı məhdudiyyət yoxdur”.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, burada istehlakçıların diqqət etməli olduğu əsas məsələ emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçib-keçməməsidir.
“Agentlik əməkdaşları mütəmadi olaraq istehsal və emal sahələrində monitorinqlər və nəzarət tədbirləri həyata keçirirlər. Qeyd edək ki, vətəndaşların ictimai iaşə müəssisələrində istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi barədə sənəd tələb etmək hüququ var” – deyə məlumatda vurğulanıb.
AQTA-dan əlavə edilib ki, sahibkarlar da öz növbəsində istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyırlar: “Vətəndaşlarda istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi ilə bağlı şübhə yaranarsa, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat ver bilərlər”.
Xatırladaq ki, bir neçə il öncə ölkədə toyuq ətindən hazırlanan dönərin satışına qadağa qoyulmuşdu. Toyuq dönərinin satışı ilə məşğul olanlar cərimə edilirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Fərman imzaladı
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
Agentliyin sədrinə yeni vəzifə verildi
TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ