Toyda fotoqraf gəlini görüb bəyi döydü
Türkiyənin Malatya ərazisində toy fotoqraflığı ilə məşğul olan Onur Albayraq bir toy üçün fotoçəkilişə gedib və gəlini gördükdə təəccübünü gizlədə bilməyib.
Belə ki, Onur Albayraq gəlinlik geyindirilən xanımın azyaşlı olmasından şübhələnərək, toy sahiblərindən gəlinin yaşını soruşub. 15 yaşı olduğunu öyrəndikdən sonra, “mən uşaq gəlin fotoqrafı olmaram”- deyərək vəziyyətə öz münasibətini bildirib.
Minval.info xəbər verir ki, bundan sonra bəy öz vəzifəsini yerinə yetirmədiyi üçün fotoqrafla dalaşıb. İsrarla fotoqrafdan işini görməsini tələb edən bəyə fotoqraf yumruqla cavab verib, bəyin burnu qırılıb.
Bu hadisə sosial mediada da çox paylaşılaraq, istifadəçilər tərəfindən alqışla qarşılanıb. Sonda Onur Albayraq status paylaşaraq fikirlərə son qoymaq istəyib: “Bir daha olsa yenə eyni hərəkəti edərəm. Heç kim inciməsin, uşaq gəlin də uşaq istismarıdır və mən bu hala səssiz qala bilmərəm. Uşaqların saçına duvaq yox, çiçək taxılmalıdır. Hörmətlə”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Ebola Konqoda 3 mindən çox can aldı