Tovuzda sel fəlakəti: Körpüsüz qalan sakinlər çıxış yolu axtarır
Tovuz rayonunda aramsız yağan yağışlar ciddi fəsadlar törədib. Yağışlar nəticəsində Zəyəm çayında suyun səviyyəsi sürətlə artaraq, İsəkənd kəndini iki hissəyə ayıran körpünü sıradan çıxarıb.
Minval.info xəbər verir ki, bu hadisə nəticəsində kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sakinlər yaranmış vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
“Təsərrüfat işləri ilə məşğul idik, qayıdanda körpünü keçə bilmədik. Yardım üçün aidiyyəti qurumlara müraciət etsək də, heç bir kömək gəlmədi. Ağır xəstələrimiz var və qəbiristanlıq çayın o tayındadır,” – deyə kənd sakinlərindən biri bildirib.
Başqa bir sakin isə, “Hər il olduğu kimi, bu il də körpümüz bərbad vəziyyətdədir. Evdə yaşlı anam var, onu həkimə apara bilmirəm. Körpünün təmir olunacağı deyilsə də, heç bir nəticə yoxdur,” – deyə qeyd edib.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır