Torpaq və tikinti materialları bazarında qiymətlər bahalaşıb

Bu ilin avqust ayında Bakının torpaq bazarında qiymətlər 3,78 % artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 2,87 % azalma olub.
Bu barədə “MİNVAL.İNFO”a açıqlamasında “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib.
N.İbrahimov qeyd edib ki, Bakı ətrafında torpaqların ən baha olduğu yerlər Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh əraziləridir:
“Bu ərazilərdə orta hesabla bahalı torpaqların bir sotunun qiyməti 40 min manat civarındadır. Daha ucuz torpaqlar isə Hövsan, Qaradağ kimi ərazilərdədir. Bu ərazilərdə torpağın bir sotunun qiyməti təqribən 1 000-1 200 manatadır“.
“Tikinti materialları bazarında qiymətlərdə ay ərzində 0,73 %, ötən illin eyni dövrü ilə müqayisədə isə 12,53 % artım olub”, – deyə N.İbrahimov məlumat verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir