“Topaz” Premyer Liqaya sponsorluqdan niyə imtina etdi? - Şirkət susur
Xəbər verdiyimiz kimi, “Topaz” mərc şirkəti futbol üzrə Azərbaycan Premyer Liqasına sponsorluqdan imtina edib.
“Qafqazinfo”ya açıqlama verən Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məsələyə aydınlıq gətirib.
O, şirkətin sponsorluqdan imtina etməsi üçün heç bir səbəb olmadığını bildirib:
“Şirkətin sponsorluqdan imtina etməsinin konkret səbəbi yoxdur. “Topaz” rəsmiləri ilə söhbətimiz olmuşdu, danışmışdıq. Bizə dedilər ki, sizə cavab verəcəyik, görüşəcəyik. Müqavilənin artırılıb və yaxud da artırılmaması ilə bağlı bir səbəb deyilməyib. Son günə kimi gözlədik, bizə cavab verilmədi. “Topaz”ın sponsorluqdan itmtina etməsinin səbəbi bizə də məlum deyil”.
Aslan Şahgəldiyev yeni sponsor axtarışlarına da başlanıldığını bildirib. Qurum rəsmisi xarici şirkətlə danışıqlar aparıldığını vurğulayıb.
Şahgəldiyev hansı şirkətlə danışıqlar apardığını açıqlamasa da, əldə etdiyimiz məlumata görə, bu, bukmeker şirkətidir.
Məsələ ilə bağlı “Topaz” mərc oyunları şirkəti ilə də əlaqə saxladıq. Lakin şirkətinin marketinq şöbəsindən sponsorluqdan imtina ilə bağlı açıqlama verə bilməcəyəklərini dedilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yenilənmiş “Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir
Azərbaycanda hakimi təhqir edən futbolçu cəzalandırıldı
Konfrans Liqası: "Qarabağ" və "Neftçi"nin matçlarına təyinatlar açıqlanıb
"Qarabağ" - BATE matçının hakimləri açıqlanıb
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
"Real Madrid" Neymara fantastik məvacib təklif edib