Topaz Premyer Liqasında yeni mövsümün püşkü atılacaq
Bu gün Topaz Premyer Liqasında 2019/20 mövsümünün püşkü atılacaq.
APA-nın məlumatına görə, yarışın təşkilatçısı Peşəkar Futbol Liqasının təşkil edəcəyi mərasim AFFA-nın inzibati binasında baş tutacaq.
Saat 15:00-da start götürəcək püşkatmada 8 komanda iştirak edəcək. Püşk zamanı sayca 28-ci ölkə çempionatının ilk turunun cütləri bəlli olacaq. Tam təqvim isə sonrakı günlərdə dəqiqləşəcək. Mövsümə avqustun 16-da start veriləcək. İlk tur 16-18-də baş tutacaq.
Ardıcıl 4-cü dəfə çempionat eyni formatda keçiriləcək. 8 klub dairəvi sistemlə dörd dövrədə mübarizə aparacaq. Son iki mövsümdə yarışa bir debütant – müvafiq olaraq “Səbail” və “Sabah” qatılmışdısa, bu dəfə iştirakçıların sayı kimi tərkibi də dəyişməz qalıb.
Çempionatın mükafatları uğrunda “Qarabağ” (Ağdam), “Neftçi” (Bakı), “Səbail” (Bakı), “Qəbələ”, “Zirə” (Bakı), “Sumqayıt”, “Sabah” (Bakı) və “Keşlə” (Bakı) klubları mübarizə aparacaq.
Qeyd edək ki, ilk turun cütləri müəyyənləşərkən avrokuboklarda mübarizəni davam etdirən “Qarabağ”la “Neftçi”nin oyunlarının başqa vaxta keçirilməsi istisna deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur xanım idmançı donuz əti yedi, karyerası bitdi
Türk gözəl "Real"ın ulduzu ilə sevgili oldu - FOTOLAR
Zidanın “Real”dan getməsinin səbəbi açıqlandı
Azərbaycan hakimlərinin UEFA kateqoriyaları açıqlanıb
Millimizin üzvü “patı”dan öldü
Zubirin yubiley qolu
"Vilyarreal" - "Qarabağ" matçının hakimləri açıqlandı