Tolikdən onu insan alverində günahlandıran Nadirə: "Kişiliyin varsa..."
Müğənni Nadir Qafarzadə ilə prodüser Tarix Əliyev arasındakı qalmaqal getdikcə böyüyür.
Ötən gün Nadir Tolikin ünvanına hədələyici sözlər işlədib. Bu dəfə prodüser onun dediklərinə cavab verib:
“Şükür Allaha bəzilərinin yanında eyib işimiz yoxdur. Deyir, “Ayə İrasim gəlir, qaçın”. Əgər kişiliyin varsa, atdığın sözləri sübuta gətir. Hörmətsiz, sən hələ bir özünü tanı gör kimsən. Dövlətini pisləyən biri hədə gəlir. Amma mən ağzımı açsam… Kimin kişi, kimin “pişi-pişi” olduğunu desəm, bax onda görüm kim duracaq qabağımda.
Səndən qorxan sənin tayın olar, məni bəziləri ilə səhv salma. Kimin əzizini satışa çıxarmışamsa, bura yazsın. Yadlarından bəzi şeylər nə tez çıxdı… Mənim qorxacağım yer yoxdur. Səndən qorxan sənin tayın olar, Merlin Monro.
Niyə biz “mıs-mıs” deyirik? Gəlin şou-biznes əhli ürəkli olaq. Kartları açaq və açıq oyun aparaq. Kim kiməsə nəyisə sübut etmək istəyirsə ortaya üç tuz atsın. Bəziləri kimi gecələr hansısa künc-bucaqda oturmuram”.
Qafarzadə isə daha sonra yenidən paylaşım edərək “Dediyimi dedim və susdum. Fikirləşdim ki, daha bəsdir. Bəzi adamların isə yorğanına güvə düşüb, rahat ola bilmirlər. Bilirəm kimə güvənirsiniz. O adamların adı çəkilsə, gərək… Hamısı rütbəli adamlardır. Niyə bəziləri soğan yeməmiş göynəyirlər?” sözlərini yazıb.
Qeyd edək ki, Nadirlə Tolik arasında qalmaqal prodüserin xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymasından sonra başladı. nadir onun bu addımını qınadı və daha sonra qarşı tərəfdən sərt cavab aldı. Qafarzadə paylaşım edərək Toliki insan alverində günahlandırıb. axşam.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi