Tolik Kəmaləddin Heydərova açıq müraciət etdi: Bizim günahımız nədir?
Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev Fövqalada Hallar Naziri Kəmaləddin Heydərova müraciət edib.
Minval.info xəbər verir ki, o eyni zamanda “Azəriqaz” istehsalat birliyinin rəhbəri Əkbər Hacıyev də müraciət ünvanlayıb.
Tolik yaşadığı binanın qaz problemi olduğunu bildirib. “Hörmətli FHN Kəmaləddin müəllim və Azəriqazın baş direktoru Əkbər Hacıyev məcbur olub buradan sizə müraciət edirəm. Yaşadığım bina Bakının iki strateji obyektinin (H. Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzi) qarşısında yerləşdiyindən əminəm ki, bu bina tikiləndə binanın bütün sənədləri tikintidə istismara yararlı olub, əgər əmin olmasaydılar bu bina tikilməzdi.
205 mənzilli bu binanın hazırda suyu, işığı mövcuddur. Hər birisi sayğaclarla təmin edilib. Bu gün Cənab Prezident İlham Əliyevin vətəndaşların yaşayışının yaxşı olmasını düşünərək hətta ucqar rayonlarda da vətəndaşlarımızı qazla təmin edib və etdirir. Amma əfsuslar olsun ki, bizim binanın qazla təmin olunması üçün bütün proseslər başa çatıb. Binaya qaz çəkilib, sayğaclar qoyulub, plomlar vurulub qaz verilməsinə tam hazır olması barədə akt da imzalanıb.
Bu gün qaz verilməsini gözləyərkən “Azəriqaz” bildirir ki, FHN binanın ümumi təhvil aktını verməsə, qaz verilməyəcək. İndi mənə maraqlıdır bu aktdı verməsələr binanı sökəcəklər? Burda bizim günahımız nədir? Vətəndaşlar soyuqdan binada yaşaya bilmir. Xahiş edirəm Cənab Nazir bu barədə müvafiq tapşırıqlarınızı verəsiniz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"