“Tofaş” “07”ni sıxıb qəzaya saldı – VİDEO
Bakı şəhər sakini düşdüyü avtomobil qəzasına görə “Tofaş” markalı avtomobilin sürücüsündən şikayətçidir.
Elvin Məcidov keçirdiyi yol nəqliyyat hadisəsində ona qarşı olan haqsızlığa görə Avtosfer.az saytına müraciət edib. Bildirib ki, yanvarın 22-də səhər saat 07:00 radələrində idarə etdiyi “VAZ 2107” markalı 10-MF-488 qeydiyyat nişanlı avtomobilə Qara Qarayev prospektinin sol zolağı ilə hərəkətdə olarkən sağ zolaqla hərəkət edən “Tofaş” markalı avtomobilin sürücüsü sol zolağa yerdəyişmə edən zaman ona yol verməyib: “Onunla toqquşmamaq üçün avtomobili azca sola çəkdim və nəticədə ayırıcı zolağa çıxaraq işıq dirəyinə dəydim. Hadisə yerinə polis əməkdaşları gəldi. Lakin indi Nizami rayon DYP Şöbəsi bu işə laqeyd və qeyri-obyektiv yanaşır. Nizami rayon DYP-nin əməkdaşı Malik mənimlə olmayacaq tərzdə danışaraq “Tofaş” markalı avtomobili idarə edən sürücünün günahının olmamasını qeyd edir. Avtomobilimdə quraşdırdığım videoqeydiyyatçı həmin hadisəni qeydə alıb. Həmin görüntülərdən aydın şəkildə görünür ki, “Tofaş”ın sürücüsü “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin V hissəsinin tələbini pozub.
Buna görə də, qəzaya səbəb olan həmin sürücünün “Təhlükəsiz şəhər” kamerası ilə aşkar olunmasını və məsuliyyətə cəlb olunmasını, həmçinin işıq dirəyinə dəyən zərərin ödənilməsini tələb edirəm”.
Minval.info
https://www.youtube.com/watch?time_continue=78&v=ZavOArgmO1E
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu gündən rayonlara gediş-gəliş QAYDALARI DƏYİŞDİ
Balıq alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb
Leysan, dolu, şimşək – Hava dəyişir
“Dedi ki, qızın universitetdə oxuyur, qorxmursan, başınıza iş gələr?”
Professor İlham Rəhimov Qaqauziyalı qonaqlarla görüşüb - FOTOLAR
Yeddi ay boş qalan vəzifənin Eldar Əzizova həvalə edilməsinin səbəbləri