Ətin qiyməti bahalaşıb - VİDEO
Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.
Cəlilabaddakı satıcılar bilrdirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1 – 2 manat artım olub.
Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır.
Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəzyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər.
Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir.
Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır